"Qalatasaray"dan ayrılan futbolçu digər Super Liqa klubuna keçib

"Qalatasaray"la qarşılıqlı razılıq əsasında yollarını ayıran Leo Duboa karyerasını Türkiyədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, "Eyüpspor" komandası fransalı müdafiəçi ilə razılıq əldə edib.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

2023/2024 mövsümünün əvvəlində "Lion"dan "Qalatasaray"a transfer olunun Duboa "sarı-qırmızılılar"la 28 oyunda 1 qol vurub, 3 asist edib.Oyunçu ötən mövsümü icarə əsasında "Başakşehir"də keçirib. 

Qeyd edək ki,  29 yaşlı futbolçu 13 dəfə Fransa millisinin formasını geyinib.