"Qalatasaray"da ayrılıq gözlənilir

"Qalatasaray" 25 yaşlı futbolçusu Ahmet Kutucunu qış transfer pəncərəsi dövründə satmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi sol cinah vingeri üçün 6 milyon avro tələb edir.

Bu haqda jurnalist Ali Naci Küçük məlumat yayıb.

Qeyd edək ki, A.Kutucu "Qalatasaray"a bu ilin yanvar ayında "Eyüpspor"dan 5.9 milyon avro qarşılığında transfer olunmuşdu.

Sözügedən oyunçu Almaniyanın "Şalke" klubunun yetirməsidir.