“Qalatasaray”dan minimal hesablı qələbə

Türkiyə Süperliqasında 21-ci turun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, son çempion “Qalatasaray” “Rams Park”da “Konyaspor”la qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib.

“Qalatasaray” 1:0 “Konyaspor”

Qol: Viktor Osimhen 20 (pen)

Qeyd edək ki, “Qalatasaray” 54 xalla çempionata başçılıq edir. “Konyaspor” isə 21 xalla 14-cü pillədə yer alıb.