"Qalatasaray"dan yeni həmlə
"Qalatasaray" klubu yanvar ayında heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "TodoFichajes" nəşrinə istinadən xəbər verir ki, "Atletiko Madrid"in fransalı futbolçusu Tomas Lemar yanvar ayında "Qalatasaray"a transfer ola bilər.
İstanbul klubunun rəhbərliyi bu keçid "Atletiko"ya 9 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Lemarın "Atletiko Madrid"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.