"Qalatasaray"dan yeni transfer
"Qalatasaray" müdafiə xəttini Karlos Kuesta ilə gücləndirib.
Sportline.az xəbər verir ki, sarı-qırmızı komandanın verdiyi açıqlamaya görə, Karlos Ekkehomo Kuesta Fiqueroanın transferi ilə bağlı "Genk" klubu ilə razılaşma əldə edilib.
Bu çərçivədə, futbolçunun əvvəlki klubuna 3 mövsümə yayılmış şəklində ümumilikdə 8 milyon avro transfer məbləği ödəniləcək.
Futbolçu ilə 2024-2025 mövsümündən etibarən qüvvəyə minəcək 3,5 illik müqavilə imzalanıb.