"Qalatasaray"dan yeni transfer həmləsi

“Milan”dan Alvaro Moratanı transfer etmək üzrə olan "Qalatasaray", İtaliya təmsilçisindən daha bir futbolçunu heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, "Qalatasaray"ın Strahinja Pavloviçi transfer etmək üçün hərəkətə keçib. "Fanatik" qəzetinin məlumatına görə, “Milan” müdafiəçini birdəfəlik satmaq istəyir.

Xəbərdə deyilir ki, Strahinja Pavloviç Milan Skrinyar və Dieqo Karlos transferlərindən əvvəl "Fənərbaxça"nın da gündəmində idi. Lakin, "Fənərbaxça" futbolçunun transferinə reallaşdırmayıb. "Qalatasaray" da bundan əvvəl Strahinja Pavloviçi transfer etməyə cəhd edib.

Qeyd edək ki, Strahinja Pavloviç bu mövsüm "Milan"ın heyətində 17 matçda forma geyinib. Futbolçu 1 dəfə fərqlənib, 2 məhsuldar ötürmə edib. Strahinja Pavloviçin “Milan”la müqaviləsi 2028-ci ildə başa çatacaq. Müdafiəçinin hazırda transfer dəyəri 17 milyon avrodur.