"Qalatasaray"dan yeni transfer həmləsi
"Qalatasaray" "Vulverhempton"un qabonlu futbolçusu Mario Lemina üçün rəsmi təklif göndərib.
Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, Türkiyə çempionu bu keçid üçün qarşı tərəfə 7 milyon avro təklif edib.
Leminanın "Vulverhempton"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2019-20 mövsümündə "Qalatasaray"da çıxış edib.