"Qalatasaray"ın Bakı səfəri

"Qalatasaray"ın klub televiziyası "Neftçi"yə qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunu ilə əlaqədar komandanın Bakıya səfərindən bəhs edən veriliş hazırlayıb. 

Sportline.az xəbər verir ki, verilişdə Azərbaycan və onun paytaxtı, qarşılanıb-yola salınmaları barədə müsbət fikirlər yer alıb.

Qeyd edək ki, "Qalatasaray" "Neftçi" ilə oyunda 3:1 hesablı qələbə qazanıb.