"Qalatasaray"ın "Fethiyespor" üzərində çətin qələbəsi

"Qalatasaray" Türkiyə kubokunun A qrupunun 2-ci turunda "Fethiyespor"la qarşılaşıb.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi aşağı divizion təmsilçisi ilə oyunda rəqibin müqavimətini çətinliklə qırıb. 

1-2 hesabı ilə bitən görüşdə "Qalatasaray"ın qollarını 73-cü dəqiqədə Abdülkerim Bardakçı, 80-ci dəqiqədə Barış Alper Yılmaz vurub. "Fethiyespor"da isə 90-cı dəqiqədə Uğur Ayhan fərqlənib.

"Qalatasaray" bu qələbə ilə xal sayını 6-ya çatdırıb. "Fethiyespor"un aktivində 1 xal var.