"Qalatasaray"ın futbolçusu ağır zədələndi

“Qalatasaray”ın futbolçusu Kristian Luyindama ciddi zədə alıb.

Sportline.az “Goal.com”a istinadən xəbər verir ki, Konqo millisinin heyətində zədələnən 25 yaşlı müdafiəçinin diz bağlarının qopduğu aşkarlanıb.

Luyindamanın yaxın günlərdə dizindən əməliyyat olacağı, çox güman mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcəyi bildirib.

Qeyd edək ki, K. Luyindama bu mövsüm “sarı-qırmızılı”ların heyətində 15 oyunda meydana çıxıb.