"Qalatasaray"ın futbolçusu ailə həyatı qurur

"Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Toreyra ailə həyatı qurmağa hazırlaşır.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 28 yaşlı futbolçu türkiyəli aktrisa Devrim Özkanla evlənəcək.

Xəbərdə bildirilir ki, cütlük artıq toy mərasiminin hazırlıqlarına başlayıb.

Qeyd edək ki, Lukas Toreyra 2022-ci ildən Türkiyədə çıxış edib.Onun "sarı-qırmızılılar"la 2026-cı ilə qədər müqaviləsi var.