"Qalatasaray"ın futbolçusu "Eyüpspor"a keçə bilər
"Qalatasaray"ın avstriyalı futbolçusu Yusuf Demir karyerasını digər Super Liqa komandasında davam etdirə bilər.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 21 yaşlı futbolçunun xidmətində "Eyüpspor" klubu maraqlıdır.
Elitanın debütantı Yusuf Demiri icarə əsasında heyətinə qatmağı düşünür.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Bazel"də keçirən yarımmüdafiəçi meydana çıxdığı 13 oyunda 1 qol və 1 asistlə yadda qalıb.Onun "Qalatasaray"la müqaviləsi 2026-cı ilə qədərdir.