“Qalatasaray”ın sabiq futbolçusu saxlanılıb
Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı davam etdirilir.
Sportline.az xəbər verir ki, bu gün futbol üzrə Türkiyə yığma komandasının sabiq üzvü Ümit Karan saxlanılıb. O, Sabiha Gökçen hava limanında həbs olunub.
Türkiyə mediası Ümit Karanın həbsinə dair detalları açıqlamayıb. Onun istintaq altında olan Türkiyəli məşhurların verdiyi ifadə əsasında saxlanıldığı ehtimal olunur.