“Qalatasaray”ın ulduzu zədələnib
“Qalatasaray”ın hədəfində olan ulduz hücumçu Viktor Osimhen ciddi zədə ilə üzləşib.
Sportline.az xəbər verir ki, Nigeriya millisinin Ruanda ilə qarşılaşdığı Dünya Çempionatı seçmə mərhələsinin VII qrup oyununda start heyətində yer alan forvard ilk hissədə oyunu tərk edib.
İstanbul təmsilçisinin transfer planlarında yer alan Osimhenin durumunun yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.