Qallagerin "Everton"a keçidi gündəmdədir
"Tottenhem"in futbolçusu Konor Qallager yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Everton" 26 yaşlı oyunçunun xidmətində maraqlıdır.
Bu haqda "Sun Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Qallager cari mövsüm meydana çıxdığı 43 matçda 4 qol, 2 asistlə yadda qalıb.