Qallaher İngiltərəyə qayıdır

“Çelsi”nin sabiq futbolçusu Konnor Qallaher karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted” sözügedən futbolçuya elçi düşüb.

Bu haqda “Sun Sport” nəşri məlumat yayıb.

Qeyd edək ki, Qallaherin transfer qiyməti 45 milyon avrodur.

İngiltərə millisinin üzvü “Mançester Yunayted”ə keçməyə razılıq verib. Lakin son qərarı “Atletiko Madrid” klubu verəcək.