Qanalı futbolçu karyerasını Azərbaycanda davam etdirəcək

Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubu karyerasını Azərbaycanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu barədə məşhur "A Bola" nəşri məlumat yayıb.

23 yaşlı hücumçunun "Vitoriya"dan ayrılacağı bildirilib. Azərbaycan təmsilçisinin təklifi qanalı forvardı razı salıb.

Nəşr həmin klubun adını açıqlamayıb, lakin Yakubunun "Neftçi" və ya "Qarabağ"dan birinə keçəcəyi ehtimal edilir.

Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də keçirib. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub. "Neftçi" daha əvvəl "Eştoril"dən Harramiz Suaresi transfer edib.