"Qarabağ" bir pillə gerilədi

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ötən ayla müqayisədə bir pillə geriləyən Ağdam təmsilçisi 130-cu yerdə qərarlaşıb.

Digər klublarımızdan "Neftçi" 167, "İnter" 246, "Qəbələ" isə 253-cüdür.

Siyahıya yenə Madrid "Real"ı başçılıq edir. İlk "10-luq" isə belədir:

1. "Real" (Madrid);
2. "Bavariya";
3. "Barselona"
4. "Çelsi";
5. "Atletiko" Madrid;
6. "Benfika";
7. PSJ;
8. "Yuventus";
9. "Arsenal";
10. "Borussiya" (Dortmund) 

Banner