"Qarabağ" - AEL görüşünə nə qədər bilet satılıb?
"Qarabağ" avqustun 12-də Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Azarkeşlər Cənubi Kiprin AEL komandası ilə görüşü maraqla gözləyirlər.
"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadənin Sportline.az saytına verdiyi məlumata görə bugünədək 4000 bilet sahibini tapıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün 15 min bilet satışa çıxarılıb.