"Qarabağ" "Araz Naxçıvan"a, "Şamaxı" isə "Sabah"a qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024-cü ilin sonuncu oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, XVIII tura iki qarşılaşma ilə yekun vurulacaq.

İlk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi 14 xalla 8-ci, qonaqlar 26 xalla 5-ci pillədə qərarlaşıb.

Tura "Qarabağ" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Lider "Qarabağ"ın 44, ikinci sıradakı Naxçıvan klubunun 39 xalı var.

Azərbaycan Premyer Liqası
II dövrə, XVIII tur
22 dekabr
14:00. “Şamaxı” – “Sabah”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu

16:30. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, XVIII turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"i məğlub edib - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.