"Qarabağ" - "Aşdod" görüşünün vaxtı bilindi

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsində "Aşdod"la (İsrail) ev oyununun vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 20:00-da başlanacaq.

Rəqiblərin cavab matçı iyulun 29-da keçiriləcək.