"Qarabağ" Avstriyada belə hazırlaşır
Konfrans Liqasında mübarizə aparacaq "Qarabağ" Avstriyada təlim-məşq toplanışına başlayıb.
Sportline.az xəbər verir ki, dünəndən məşqlərə başlayan Ağdam təmsilçisi iyulun 7-də MOİK (Sofiya) komandasına qarşı ilk yoxlama matçına çıxacaq
Qeyd edək ki, "Qarabağ" Avstriya toplanışı çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası MOİK-in ardınca iyulun 11-də Rusiyanın "Arsenal” (Tula), iyulun 15-də isə, Almaniyanın "Auqsburq" klubu ilə qarşılaşacaq.