"Qarabağ" Avstriyaya yollandı

"Qarabağ" bu gün səhər təlim-məşq toplanışının ikinci hissəsi üçün Avstriyaya yollanıb.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun kollektivi burada 2 həftəlik hazırlıq prosesi keçirəcək. Həmçinin Ağdam təmsilçisi 3 yoxlama matçına çıxacaq.

"Qarabağ" iyulun 7-si ÇSKA (Bolqarıstan), iyulun 11-i "Arsenal" (Rusiya, Tula), iyulun 15-də isə "Auqsburq"la (Almaniya) qarşılaşacaq.