"Qarabağ" azarkeşlərə səsləndi

Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra “Qarabağ” özünün bəzi azarkeşlərinə müraciət edib.

SportLine.az-ın xəbərinə görə, klub rəsmi "Facebook" səhifəsində xahiş edib ki, rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmayaq, öz əxlaq və mədəniyyətimizlə örnək olaq:

“Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq. Anlayışınız üçün təşəkkür edirik”.

Xatırladaq ki, “Qarabağ” ÇL-in qrupunda “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma”ya (İtaliya) rəqib olub.