"Qarabağ" bir qələbə, bir məğlubiyyət

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisinin ilk rəqibi Qazaxıstanın “Atırau” olub. Matç "köhlən atlar"ın məğlubiyyəti ilə bitib (0:1).

Digər qarşılaşmada isə Qurban Qurbanovun komandası Polşanın “Termalika" klubu ilə münasibətləri aydınlaşdırıb. Bu oyun "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 3:2. 

Qeyd edək ki, “Qarabağ” daha əvvəl keçirdiyi iki yoxlama matçında Albaniya təmsilçisi “Şkenderbeu”nu 1:0, Rumıniyanın adlı-sanlı “Styaua” klubunu isə 2:0 hesabı ilə məğlub edib.

Banner