"Qarabağ" bu gün Bakıya qayıdır

Avropa Liqasının qrup mərhələsində “Düdelanj”a qalib gələn (4-1) “Qarabağ” bu gün Vətənə qayıdır. 

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14-00-da Lüksemburqdan havaya qalxacaq təyyarənin, saat 18:50-də Heydər Əliyev adına hava limanına enişi gözlənilir.