Qələbəyə bərabər məğlubiyyət - “Qarabağ” Çempionlar Liqasında!
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.
Sportline.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən "Ferentsvaroş"u mübarizədən kənarlaşdıran "Qarabağ" tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) - 2:3
Qol: Cosef, 12, Leandro Andrade, 25, Abdullah Zubir, 45, B.Varqa, 55, (pen), Tof, 81
 
 
                                     
                     
                 
                 
                 
                 
                