"Qarabağ"ın debütü uğursuz alındı
Bu gün UEFA Çempionlar Liqasında 2017/2018-ci il mövsümü start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.
Azərbaycan çempionu "Qarabağ" debüt etdiyi yarışda ilk matçına səfərdə çıxacaq. Ağdam təmsilçisi "Stemford Bric"də "Çelsi"nin qonağı olacaq.
Antonio Kontenin komandasını yalnız qələbə qane edəcək. "Köhlən atlar" da azarkeşlərini uğurlu nəticə ilə sevindirmək arzusundadır.
Bakı vaxtı ilə saat 22:45-də başlanacaq görüşdə əsas söz sahibi Yunanıstan Futbol Federasiyasından Anastasios Sidiropulos olacaq.
12 sentyabr 2017
Çempionlar Liqası
"C" qrupu, 1-ci tur
“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 6:0
QOLLAR: Pedro, 5 (1:0); Zappakosta, 30 (2:0); Azpilikueta, 55 (3:0); Bakayoko, 71 (4:0); Baçuayi, 76 ("Çelsi"); Medvedev, 82/a.q. (6:0)
SARI VƏRƏQƏ: Qari Keyhil, 16 ("Çelsi")
ƏVƏZETMƏ: Pedro → Eden Azar, 58 ("Çelsi"); Kante → Bakayoko, 63 ("Çelsi"); Rəşad Sadıqov → Mahir Mədətov, 70 ("Qarabağ"); Qara Qarayev → Coşqun Diniyev, 70 ("Qarabağ"); Azpilikueta → Rüdiger, 75 ("Çelsi"); Pedro Enrike → Tarik Elyunussi, 77 ("Qarabağ")
Baş hakim: Anastasios Sidiropulos
Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos
Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)
London. “Stemford Bric” stadionu