"Qarabağ" daha bir ciddi itki ilə üzləşib
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sportline.az xəbər verir ki, bu haqda Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Təcrübəli mərkəz müdafiəçisinin arxa bud əzələsində problem aşkarlanıb.
Hüseynov "Sumqayıt"la oyunun (5-0) birinci hissəsində zədələnərək əvəzlənmişdi.
Qeyd edək ki, ondan əvvəl komandanın digər müdafiəçiləri Bəhlul Mustafazadə ilə Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayev zədə səbəbindən kənarda qalıb.