"Qarabağ" doğma meydanda uduzdu
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 5-ci tura yekun vurulub.
SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu gün turun son iki qarşılaşması oynanılıb.
“Kəpəz” səfərdə “Qarabağ”ı, “Qəbələ” isə “Səbail”i məğlub edib.
Əvəzedicilərin çempionatı
5-ci tur
“Səbail” - “Qəbələ” - 0:3
Qollar: Rövlan Muradov, 31; Ülvi İsgəndərov, 69; 82
“Qarabağ” - “Kəpəz” - 0:1
Qol: Elçin Əsədov, 18-avtoqol