"Qarabağ" - "Göteborq" matçının vaxtı açıqlandı

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Göteborq" matçının vaxtı dəqiqləşib. SportLine.az xəbər verir ki, oyun avqustun 25-i, saat 20:30-a planlaşdırılıb.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 18-i, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.