"Qarabağ" qrup mərhələsindədir
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" cavab matçına doğma azarkeşlər önündə çıxacaq. Rəqib "Göteborq"dur.
Bir həftə öndə İsveç səfərində minimal hesabla uduzan Ağdam təmsilçisi məğlubiyyətin əvəzini çıxmaq və qrup mərhələsinə adlamaq niyyətindədir. Bunun üçün "köhlən atlar", ən azı, iki cavabsız qolla qalib gəlməlidirlər. "Göteborq" isə üstünlüyü qorumaq barədə düşünür.
25 avqust 2016
Avropa Liqası
Pley-off, cavab oyunu
“Qarabağ” – “Höteborq” (İsveç) - 3:0
QOLLAR: Rəşad Sadıqov, 19 (1:0); Muarem, 26 (2:0); Dani, 51 (3:0)
İlk oyun: 0:1
Baş hakim: Vladislav Bezborodov
Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Kirill Levnikov (hamısı Rusiya)
Hakim-isnpektor: Mixael Tomas Ross (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Conni Vanspaun (Belçika)
Bakı. T. Bəhramov adına Respublika stadionu
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Quintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 6. Dino Ndlovu, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələskərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov
Baş məşqçi: Qurban Qurbanov
“Göteborq”: 1. Con Alvbeyc, 2. Emil Salomonsson, 3. Skott Yamieson, 6. Sebastian Eriksson, 7. Mads Albaek, 8. Soren Riks, 9. Yakop Ankersen, 10. Tobias Hisen, 16. Mikael Boman, 28. Tomas Ronye, 30. Matias Byarsmir
Ehtiyat oyunçular: 12. Pontus Dalberg, 11. Martin Smedbeg, 13. Elias Omarsson, 14. Hyallmar Yonsson, 18. Lauson Sabah, 24. Tom Petterson, 27. Billi Nordström
Baş məşqçi: Yörgen Lenartsson