"Qarabağ" hazırlığa başladı
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin "Samtredia"yla səfər matçından sonra klubun bazasında məşqə çıxıb. Sportline.az klubun saytına istinadən xəbər verir ki, "Samtredia" ilə matçda meydanda olan futbolçular bərpa məşqiylə kifayətlənib. Digər oyunçular isə əvəzedici heyətlə ikitərəfli oyun keçirib.