"Qarabağ" hücumçusu ilə yollarını ayırdı

"Qarabağ" Samuel Armenterosla yollarını ayırıb. SportLine.az xəbər verir ki, klub futbolçu ilə müqavilə müddətini uzatmayıb. 

Baş məşqçi Qurban Qurbanovun istəyi ilə Azərbaycan kubokunun final matçından sonra Armenteros "Qarabağ"la vidalaşacaq.

Qeyd edək ki, 25 yaşlı hücumçu ötən ilin yayından Ağdam təmsilçisinin şərəfini qoruyur. Futbolçu keçirdiyi 23 oyunda 7 qol vurub.

Banner