"Qarabağ" ilin ilk qələbəsini qazandı
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk oyununu keçirib. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Albaniyanın "Şkenderbeu" komandası ilə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. "Köhlən atlar"ın yeni transferi - Ağabala Ramazanovun 43-cü dəqiqədə vurduğu qol yeganə olub.