"Qarabağ" istirahət edir

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, dünən "Skenderbeu" ilə  yoxlama oyunundan sonra bu gün komandaya istirahət verilib. Futbolçular sabahdan etibarən məşqləri bərpa edəcək.

Komandanın sabah üçün iki məşqi nəzərdə tutulub.