"Qarabağ" Gəncədə 3 xal qazandı

Topaz Premyer Liqasında 21-ci tur davam edir. SportLine.az xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq. 

Günün açılış matçında çempionatın lideri "Qarabağ" "Kəpəz"in qonağı olub. Qarşılaşma "Köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb.

14 fevral 2016
TPL, 21-ci tur

“Kəpəz” - “Qarabağ” - 1:2

QOLLAR: Rəşad Sadıqov, 9 (0:1), Namiq Ələsgərov, 45 (1:1), Əfran İsmayılov, 83 (1:2) 

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Munis Abdullayev.
Gəncə şəhər stadionu.

Banner