"Qarabağ"dan 4-cü qələbə

Bu gün Topaz Premyer Liqasında 5-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Son çempion "Qarabağ" "Kəpəz"i qəbul edəcək. Cari mövsüm işləri qaydasında getməyən Gəncə təmsilçisi, bu dəfə azarkeşlərini sevindirmək niyyətindədir. Ağdam klubu da Çempionlar Liqasındakı uğursuz startı Premyer Liqadakı qələbə ilə unutmağı arzulayır.


17 sentyabr 2017
TPL, 5-ci tur

“Qarabağ” – “Kəpəz” - 2:0
QOLLAR:
 Coşqun Diniyev, 34 (1:0); Dani Kintana, 80 (2:0)

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Tofiq Bəhramov adına Respublika stadionu

Standings provided by Sofascore LiveScore