"Qarabağ" Kiprə yollanır
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında AEL ilə görüşəcək "Qarabağ” bu gün Kiprə yollanacaq.
Sportline.az xəbər verir ki, "köhlən atlılar" saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.
Komanda səfərə çarter reysi ilə çıxacaq.
Qeyd edək ki, AEL - "Qarabağ" oyunu avqustun 5-i Bakı vaxtı ilə 21:00-da başlanacaq.