"Qarabağ" Kopenhagenə gedir
UEFA Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində "Kopenhagen"in qonağı olacaq "Qarabağ" bu gün Danimarkaya səfər edəcək. SportLine.az xəbər verir ki, Ağdam klubu çarter reysi ilə yola düşəcək.
Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" görüşü avqustun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.