"Qarabağ" Lissabonda dəstəksiz qalmayacaq
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin açılış turunun Lissabonda “Benfika”ya qarşı keçirəcəyi oyunda dəstəksiz qalmayacaq.
Sportline.az verir ki, “Estadio da Luj” stadionunda Ağdam klubunu 100-ə yaxın soydaşımız dəstəkləyəcək.
Qeyd edək ki, "Benfika" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.