"Qarabağ" mənə doğma komandadır - Əfran İsmayılov

Əfran İsmayılov "Qarabağ"la yeni müqavilə imzalayıb. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisinin şərəfini qoruduğu üçün özünü xoşbəxt sayan futbolçu, klubun saytına açıqlamasında bundan sonra da uğurlu nəticələr üçün əlindən gələni əsirgəməyəcəyini deyib:

"Qarabağ" mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha iki il bu komandanın formasını geyinəcəm. Çalışacam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir".

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan 28 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində 36 oyun keçirib və 1 qol vurub.

Banner