"Qarabağ" "Milan"ı arxada qoydu

"Qarabağ" UEFA klub reytinqində mövqeyini yaxşılaşdırıb. SportLine.az xəbər verir ki, 8 pillə irəliləyən Ağdam təmsilçisi 67-ci pillədə qərarlaşıb. Hesabında 8.500 xalı olan "köhlən atlar" "Milan", "Real Sosyedad", "Betis", "Dinamo" (Zaqreb) kimi klubları qabaqlayıb.

Qeyd edək ki, reytinq son 5 mövsümün nəticələrinə əsasən tərtib edilir.