"Qarabağ" milli üzvünün transferinə hazırlaşır?

Bosniya və Herseqovina millisinin üzvü  Amar Rəhmanoviç karyerasını “Qarabağ”da davam etdirə bilər.

Sportline.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın faktor.ba saytı məlumat yayıb. Hazırda ölkəsinin “Sarayevo” klubunda çıxış edən bosniyalı yarımmüdafiəçinin İspaniyadan olan futbol agentliyinin vasitəsi ilə Ağdam təmsilçisi ilə müqavilə imzalamağa hazırlaşdığı bildirilir.

Bir neçə ildir komandasının aparıcıs oyunçularından olan Rəhmanoviçin Bosniya və Herseqovinada mövsüm oktyabr ayına qədər təxirə salındığı üçün paytaxt klubundan ayrılmaq fikrində olduğu qeyd olunub.

26 yaşlı futbolçu  bu mövsüm 12 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.

Qeyd edək ki, “Sarayevo” ilə müqaviləsi 2021-ci ilin iyununa qədər olan futbolçu daha əvvəl “İstra”, “Koper”, “Maribor” və “Çelye” klublarında da çıxış edib.