"Qarabağ" millinin üzvünü heyətə qatdı

“Qarabağ” milli komandamızın hücumçusu Ağabala Ramazanovun transferini rəsmiləşdirib. Sportline.az  xəbər verir ki, komandanın  baş məşqçisi Qurban Qurbanov  klubun rəsmi saytına açıqlamasında bildirib ki: “Gənc və istedadlı futbolçudur, məğlub olmağı sevmir. Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq. Əminəm ki, Ağabala Ramazanov bizdə oynadığı müddətdə öz ustalığını artırmaq üçün şans qazanacaq. Ağabala hər zaman xarakter və əzmkarlığı ilə seçilən futbolçulardandır. Ümumilikdə komandamızın oyun üslubuna uyğun gələn futbolçudur”. Qeyd edək ki, "Qarabağ" Ağabala Ramazonovla il yarımlıq müqavilə imzalayıb.

 

Banner