"Qarabağ" Musa Qurbanlı ilə müqavilə bağladı

“Qarabağ” klubu Musa Qurbanlı ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 19 yaşlı hücumçu ilə müqavilənin müddəti 3 ildir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.