"Qarabağ" Ovusu ilə bağlı qərar verdi

“Qarabağ” Ovusu Kvabenanı Türkiyənin “Ankaragücü” klubuna icarəyə vermək qərarına gəlib.

Sportline.az xəbər verir ki, bununla bağlı iki klub arasında razılıq əldə olunub. 24 yaşlı qanalı yarımmüdafiəçi bugünlərdə Türkiyədə tibbi müayinədən keçəcək, sonra 1 illik icarə müqaviləsinə imza atacaq.

Qeyd edək ki, ötən mövsümün yekununda Superliqada yerini itirən "Ankaragücü" 2021/22 mövsümündən 1-ci liqada mübarizə aparacaq.

Xatirladaq ki, “Qarabağ” İspaniyanın “Kordobo” klubundan transfer etdiyi Ovusu 2019-cu ildən Ağdam klubunda oynayır.