“Qarabağ” – “Qəbələ” duelinin başlanma saatı açıqlandı

Topaz Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. 

SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə,  “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək turun mərkəzi mərkəzi oyunu avqustun 26-da saat 20:30-da başlayacaq.

İki günü əhatə edəcək 3-cü turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
 
TPL, 3-cü tur

25 avqust (cümə)

18:00. “İnter” – “Səbail”
“İnter Arena”
 
20:30. “Neftçi” – “Kəpəz”
8-ci km qəsəbə stadionu
 
26 avqust (şənbə)
 
18:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
 
20:30. “Qarabağ” – “Qəbələ”
“Azərsun Arena”