"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Kəpəz"ə qarşı
Bu gün Topaz Premyer Liqasında 26-cı turun daha iki görüşü keçiriləcək.
SportLine.az xəbər verir ki, mərkəzi oyunda "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Çempionatın ilk iki dövrəsində heç-heçə edən rəqiblərin bu dəfəki dueli də gərgin mübarizə vəd edir.
Medallara iddiasını qoruyan "Kəpəz" isə "Neftçi"nin qonağı olacaq. Bu komandaların da cari mövsümdəki görüşlərində qalib müəyyənləşməyib.
19 mart 2016
TPL, 26-cı tur
15:00. “Qəbələ” – “Qarabağ”
Mövsümün ilk yarısındakı oyunlar: 2:2, 1:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
18:00. “Neftçi” – “Kəpəz”
Mövsümün ilk yarısındakı oyunlar: 0:0, 1:1
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Fariz Yusifov
8-ci km qəsəbə stadionu