"Qarabağ" qitə nəhənglərini Bakı gətirə bilər
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin astanasındadır.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu sabah pley-off mərhələsinin cavab matçında üstünlüyünü qoruya bilsə, Avropanın nəhəng komandalarını Bakıya gətirəcək.
Belə ki, Ağdam təmsilçisi Liqa mərhələsinin püşkatmasında 4-cü səbətin sakini olacaq.
Komandamızın aktivindəki 32,000-lik əmsal onun sonuncu səbətdə yer almasına dəlalət edir.
Qeyd edək ki, Liqa mərhələsinin püşkatma mərasimi avqustun 28-də olacaq.